21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bakıda uşağın yediyi şirniyyatın içərisindən qayka çıxıb
Tarix: 03-06-2021 16:50 | Bölmə: İqtisadiyyat
Bakıda uşağın yediyi şirniyyatın içərisindən qayka çıxıb

Bakıda şirniyyatın içərisindən metal parçasının çıxdığı iddia olunur.

Bu barədə şikayət Azad İstehlakçılar Birliyindən (AİB) daxil olub.

Birlikdən bildirilib ki, hadisə ilə bağlı Bakı şəhər sakini Ağabala Qurbanov tərəfindən AİB-ə müraciət daxil olub. Belə ki, şikayətçi 6 yaşlı nəvəsinin yediyi "pryanik"in içərisindən qaykanın çıxdığını bildirib. AİB-dən deyilib ki, sözügedən qida məhsulu fiziki şəxs N.Süleymanova məxsus sexdə istehsal olunub.

Vətəndaş qeyd edib ki, sözügedən şirniyyat sexi Qida Təhükəsizliyi Agentliyi tərəfindən verilmiş lisenziya ilə fəaliyyət göstərsə də, müəssisədə sanitar gigiyeniya qaydalarına əməl olunmur.

"Report" məsələ ilə bağlı Bəşir Bünyatov küçəsində fəaliyyət göstərən, N.Süleymanova məxsus şirniyyat sexi ilə əlaqə saxlayıb. Sahibkar səhlənkarlıq ola biləcəyini istisna etməyib:

"Biz adətən diqqətli yanaşırıq. İndi dəqiq deyə bilmirik necə olub. Birinci dəfədir belə halla rastlaşırıq"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Report”a bildirilib ki, Azad İstehlakçılar Birliyi tərəfindən təqdim olunmuş şikayət Agentlik tərəfindən qeydə alınıb və araşdırmalara başlanılıb:

“Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər