21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Türkiyə yeni qaz yatağı aşkarlayıb
Tarix: 04-06-2021 23:40 | Bölmə: İqtisadiyyat
Türkiyə yeni qaz yatağı aşkarlayıb

Türkiyə Qara dənizdə 135 milyard kubmetrdən çox qaz ehtiyatı olan yeni qaz yatağı aşkarlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Fatih” qazma gəmisi yeni “Amasra-1” yatağında həcmi 135 milyard kubmetrdən çox olan qaz yığını aşkarlayıb", - Türkiyənin Qara dəniz sahilində Filios limanının açılışında çıxış edən Ərdoğan deyib.

Onun sözlərinə görə, beləliklə, keçən ilki kəşf nəticəsində Qara dəniz şelfində qazın ümumi ehtiyatları təxminən 500 milyard kubmetr təşkil edir. 2020-ci ilin avqustunda Ərdoğan Qara dənizdə “Sakarya” yatağında təxminən 320 milyard kubmetr ehtiyatın aşkarlandığını bildirib.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər