21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Səudiyyə Ərəbistanı neft qiymətlərini artırıb
Tarix: 07-06-2021 15:02 | Bölmə: İqtisadiyyat
Səudiyyə Ərəbistanı neft qiymətlərini artırıb

Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft-qaz şirkəti Asiya üçün demək olar bütün neft markalarının iyul ixracına dair qiymətini artırıb.

Bu barədə “Bloomberg” agentliyi yazır.

Bildirilir ki, “Arab Light” markalı neftin bir barelinə olan qiyməti 20 sent artırılıb. Bununla da, sözügedən neft üzrə bonus 1,9 dollar təşkil edəcək.

Bundan başqa, Asiya ölkələri üçün digər neft markalarının qiyməti 10-50 sent civarında artırılıb. Yeganə ucuzlaşma “Arab Heavy” markalı neftdə qeydə alınıb – 10 sent.

Xatırladaq ki, “Saudi Aramco” neft istehsalı və ehtiyatına görə dünyanın ən böyük şirkətidir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər