21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
“Böyük yeddilik”dən dünyaya 1 milyard doza peyvənd
Tarix: 11-06-2021 10:38 | Bölmə: İqtisadiyyat
“Böyük yeddilik”dən dünyaya 1 milyard doza peyvənd

G7 ölkələrinin liderləri milyardlarla doza koronavirus peyvəndini dünya ilə paylaşmağı vəd ediblər.

Reyting.az
“Associated Press”ə istinadla xəbər verir ki, bu təşəbbüsü Böyük Britaniya Baş naziri Boris Conson G-7 zirvəsinin başlamasından bir gün əvvəl elan edib.

G-7 ölkələri arasında ABŞ, Britaniya, Fransa, Yaponiya, Almaniya, İtaliya və Kanada yer alır. ABŞ milyard dozanın yarısını təmin edəcək.
2021-2022-ci illər arasında ABŞ, təxminən 100 ölkəyə 500 milyon doza “Pfizer” göndərəcək.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa İttifaqı da ABŞ-la eyni həvəsə sahib olmalıdır. 2021-ci ilin sonuna qədər Fransadan digər ölkələrə 30 milyon doza göndərməsi tələb olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər