21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycanda şirkət 20 min manat cərimələnib
Tarix: 11-06-2021 16:18 | Bölmə: İqtisadiyyat
Azərbaycanda şirkət 20 min manat cərimələnib

"Arzulu firması” ASC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Qazax Rayon Prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

Qazax Rayon Prokurorluğundan Reyting.az-a bildirilib ki, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin 2021-ci il 10 iyun tarixli qərarı ilə “Arzulu firması” ASC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər