16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanın 55 şirkəti Rusiyaya pomidor və alma ixrac edəcək
Tarix: 11-06-2021 16:46 | Bölmə: İqtisadiyyat
Azərbaycanın 55 şirkəti Rusiyaya pomidor və alma ixrac edəcək

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") qəbul etdiyi qərara əsasən, iyunun 15-dən Azərbaycanın 55 şirkəti dəmir yolu ilə qonşu ölkəyə pomidor və alma ixrac edə biləcək.

"Rosselxoznadzor" xəbər verir ki, bunlardan 31-i pomidor, 24-ü isə alma istehsalı üzrə fəaliyyət göstərən müəssisələrdir.

Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin təqdim etdiyi sənədlər və verdiyi zəmanət əsasında qəbul olunub. Mal ixracı fitosanitar sertifikatlar əsasında baş tutacaq. Oktyabrın 1-dən isə Azərbaycandan Rusiyaya ixrac konteynerlərlə həyata keçiriləcək.




Bölməyə aid digər xəbərlər
Bu gün, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}