21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
FED faiz dərəcələrini vaxtından əvvəl artıra bilər - Səbəb
Tarix: 14-06-2021 16:40 | Bölmə: İqtisadiyyat
FED faiz dərəcələrini vaxtından əvvəl artıra bilər

ABŞ-ın əsas maliyyə orqanı olan Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini gözləniləndən daha erkən yüksəldə bilər.

Reyting.az
xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, iyunun 16-sı açıqlanacaq proqnozlar onu göstərə bilər ki, rəsmilərin əksəriyyəti faiz dərəcələrinin 2022-2023-cü illərdə artmasını gözləyir. Buna səbəb kimi artan inflyasiyanın gözləniləndən daha tez baş verməsi göstərilir. Bundan əlavə, iqtisadi artımın FED-in proqnozlaşdırdığı 6,5 faizdən çox olması ehtimalı da bu gözləntilərə əsas verir.

"The Wall Street Journal" qeyd edir ki, FED tərəfindən aylıq xəzinə və ipoteka istiqrazlarının alışını azaltmağa gəlincə, bu proses cari ilin sonunda - növbəti ilin əvvəlində başlayacağı proqnozlaşdırılır.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər