18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Peskov: "Təbii qazın pulunun rublla ödənilməsi uzun prosesdir"
Tarix: 30-03-2022 14:34 | Bölmə: İqtisadiyyat
Peskov: "Təbii qazın pulunun rublla ödənilməsi uzun prosesdir"

Rusiya təbii qazının pulunun rublla ödənilməsi məsələsinə martın 31-də başlamır.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya qazının pulunun rublla ödənilməsi prosesi hələ bir müddət uzanacaq: “Bu, sabah axşamdan ödənişə başlanılması məsələ deyil. Ödəniş və tədarük məsələsi uzanan prosesdir”/Report.

Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ, Avropa İttifaqı və müttəfiqləri RF-yə qarşı sanksiya tətbiq edib. Onlara cavab olaraq Rusiya tədarük etdiyi təbii qazın pulunun rublla ödənilməsini tələb edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər