18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Daha 12 dövlət əmlakı özəlləşdirilib
Tarix: 30-03-2022 18:51 | Bölmə: İqtisadiyyat
Daha 12 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirib.

Reyting.az
xəbər verir ki, hərracda 1 dövlət obyekti, 11 nəqliyyat vasitəsi özəlləşdirilib. Dövlət əmlaklarına ümumilikdə 49 sifariş qəbul olunub ki, bunun 10-u elektron qaydada həyata keçirilib.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub və hərrac rəqabətli keçib. Belə ki, ilkin satış qiyməti 5 500 manat olan “Nissan X-Trail” markalı avtomobilə edilən ən son təklif 12 100 manatadək yüksəlib. Bundan başqa, “Hyundai Sonata” markalı avtomobilin ilkin start qiyməti 5 500 manat olsa da, nəqliyyat vasitəsi 9 860 manata özəlləşdirilib.

Özəlləşdirilən dövlət obyekti isə Gədəbəy rayonunda yerləşir.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür:

(https://bit.ly/36XEube)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər