18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
BVF: "Dollar əsas qlobal valyuta olaraq qalmaqda davam edəcək, lakin..."
Tarix: 31-03-2022 12:19 | Bölmə: İqtisadiyyat
BVF: "Dollar əsas qlobal valyuta olaraq qalmaqda davam edəcək, lakin..."

Rusiyaya qarşı tətbiq edilən maliyyə sanksiyaları ABŞ dollarının dominantlığını tədricən zəiflədə və beynəlxalq valyuta sisteminin daha da parçalanması ilə nəticələnə bilər.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktorunun birinci müavini Gita Qopinat "Financial Times"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, dollar Ukraynada davam edən müharibə və Rusiyaya qarşı tətbiq edilən ağır sanksiyalar fonunda əsas qlobal valyuta olaraq qalmaqda davam edəcək, lakin qlobal valyuta sisteminin kiçik səviyyədə parçalanması mümkündür. O, müharibənin rəqəmsal maliyyənin, o cümlədən kriptovalyutaların, "stablecoin"lərin və mərkəzi bankların rəqəmsal valyutalarının istifadəsinin genişlənməsinə təkan verəcəyini bildirib.

G. Qopinat qeyd edib ki, qlobal ticarətdə digər valyutaların daha çox istifadəsi mərkəzi bankların ehtiyat aktivlərinin diversifikasiyasına səbəb ola bilər/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər