18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiya sanksiyaları dəstəkləməyən ölkələr üçün bank məhdudiyyətlərini yumşaldıb
Tarix: 01-04-2022 11:39 | Bölmə: İqtisadiyyat
Rusiya sanksiyaları dəstəkləməyən ölkələr üçün bank məhdudiyyətlərini yumşaldıb

Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri yumşaldıb.

Məlumata görə, hazırda vətəndaşın bir təqvim ayı ərzində Rusiya bankındakı hesabından xaricdəki hesabına və ya başqa fiziki şəxsə on min dollara qədər və ya başqa valyutada ekvivalent məbləği köçürmək hüququ var.

"Qaydalar sanksiyaları dəstəkləməyən ölkələrin rezidentləri və qeyri-rezidentlərinə şamil edilir. Eyni imkan əmək və ya mülki hüquq müqavilələri əsasında Rusiyada işləyən bütün digər dövlətlərin qeyri-rezidentlərinə də verilib", - deyə Rusiya Mərkəzi Bankından bildirilib/APA.

Qeyd edək ki, martın əvvəlində Rusiya Bankı fiziki şəxslərdən xaricə pul köçürmələrinin həcmini ayda 5 min dollara qədər məhdudlaşdırmaq haqqında qərar vermişdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər