18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Nazir: "Azərbaycanla İtaliya arasında ötən il ticarət dövriyyəsi təxminən 10 milyard dollar olub"
Tarix: 02-04-2022 13:59 | Bölmə: İqtisadiyyat
Nazir: "Azərbaycanla İtaliya arasında ötən il ticarət dövriyyəsi təxminən 10 milyard dollar olub"

“Azərbaycan İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində sərmayə qoyub”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkları Luici Di Mayo ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

XİN başçısı qeyd edib ki, Azərbaycan və İtaliya iqtisadi əməkdaşlığı gücləndirir: “2021-ci ildə ticarət dövriyyəsi təxminən 10 milyard dollar təşkil edib. 2021-ci ildə Azərbaycan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya təxminən 7 milyard kubmetr qaz tədarük edib”.

Azərbaycan və İtaliya xarici işlər nazirləri arasında bu gün keçirilən görüşdə həmçinin TAP vasitəsilə Azərbaycandan qaz nəqlinin artırılması məsələsi də müzakirə olunub.

Bundan əlavə, Azərbaycan XİN başçısı italiyalı həmkarına azad edilmiş ərazilərdə həyata keçiriləcək və alternativ enerji sferasına aid olacaq layihələr barədə məlumat verib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər