Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya paketi qəbul edəcək
Tarix: 05-04-2022 12:02 | Bölmə: İqtisadiyyat
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya paketi qəbul edəcək

Sabah Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul edə bilər.

“RİA Novosti” xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Buçada baş verənlər Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini gündəmə gətiri: "Sabah, aprelin 6-da Brüsseldə yeni sanksiyalar barədə qərar qəbul oluna bilər”.

Qeyd edək ki, sabah Belçikanın paytaxtı Brüsseldə NATO xarici işlər nazirlərinin toplantısı keçiriləcək. İclasın əsas mövzularından biri də Ukraynadakı durumdur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}