18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycan və İsrail arasında sənədlər imzalanıb
Tarix: 05-04-2022 19:51 | Bölmə: İqtisadiyyat
Azərbaycan və İsrail arasında sənədlər imzalanıb

Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə İsrailin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Rayzone Group” şirkəti arasında sənəd imzalanıb.

Reyting.az
xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, bununla yanaşı, mçinin “Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı” ASC ilə İsrailin su resurslarının idarə edilməsi sahəsində ixtisaslaşmış “Mekorot” şirkəti arasında imzalanmış sənədlər İsrailin qabaqcıl təcrübəsinin ölkəmizə transferi, texnoloji imkanların genişləndirilməsi, innovativ alətlərin tətbiqi üzrə yeni əməkdaşlıq platforması yaradacaq və hər iki tərəf üçün faydalı olacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər