Füzuliyə müntəzəm marşrut xəttinin təşkili ilə bağlı müsabiqə keçirilir
Tarix: 06-04-2022 09:21 | Bölmə: İqtisadiyyat
Füzuliyə müntəzəm marşrut xəttinin təşkili ilə bağlı müsabiqə keçirilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Bakı-Füzuli-Bakı istiqamətində müntəzəm marşrutlar üzrə sərnişindaşıma hüququna dair müsabiqə elan edib.

"Report” xəbər verir ki, iddiaçılar ilkin sənədləri aprelin 20-i, saat 17:00-a qədər, müsabiqə təkliflər toplusunu isə mayın 2-i, saat 17:00-a qədər DANX-ın Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə mayın 12-də qeyd olunan ünvanda baxılacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}