Zelenski: "Biz olmasaq, onlarla ölkə aclıq təhlükəsi ilə üz-üzə qalacaq"
Tarix: 06-04-2022 18:04 | Bölmə: İqtisadiyyat
Zelenski: "Biz olmasaq, onlarla ölkə aclıq təhlükəsi ilə üz-üzə qalacaq"

“Rusiya bütün dəniz limanlarımızı və ixracat üçün kənd təsərrüfatı məhsulları yüklənmiş gəmilərimizlə birlikdə mühasirədə saxlayır. Onlar bunu niyə edir? Çünki onlar aclığa adi insanlara qarşı tətbiq edilən silah kimi baxırlar. Üstünlüyünü göstərmək üçün alət olaraq ondan istifadə edirlər”

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İrlandiya parlamentində çıxışı edərkən deyib.

O bildirib ki, Ukrayna dünyanın ərzaq bazarının aparıcı dövlətlərindəndir: “İxracatımız olmazsa, Afrika və Asiyanın onlarla ölkəsi aclıq təhlükəsi ilə üz-üzə qalacaq. Ərzaq məhsullarının fiziki olaraq çatışmazlığı səbəbindən qiymətlər çox bahalaşır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}