ABŞ "Sberbank" və "Alfa-Bank"a qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib
Tarix: 06-04-2022 19:03 | Bölmə: İqtisadiyyat
ABŞ "Sberbank" və "Alfa-Bank"a qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib

ABŞ administrasiyası "Sberbank" və "Alfa-Bank"a qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

"Biz Rusiyanın ən böyük banklarının və Mərkəzi Bankının ABŞ-la hər hansı bir iş görməsini dayandırmaqla, bütün aktivlərini dondurmaqla maliyyə zərbəsini kəskin şəkildə gücləndiririk”, - nümayəndə deyib.

Qeyd edək ki, ABŞ xarici borcuna xidmət edə bilməməsi üçün Rusiyanı dollara çıxış imkanından məhrum etməyə çalışır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}