Avropada təbii qaz ucuzlaşıb
Tarix: 07-04-2022 12:32 | Bölmə: İqtisadiyyat
Avropada təbii qaz ucuzlaşıb

Avropada təbii qazın qiyməti mənfi dinamika nümayiş etdirərək, min kubmetr üçün 1 200 ABŞ dollarından aşağı düşüb.

Londonun ICE birjası xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın may fyuçerslərinin qiyməti dünənki göstəricilərlə müqayisədə 1,5% düşərək, günə 1 194,3 ABŞ dolları ilə başlayıb.

Xatırladaq ki, Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Avropada qazın qiyməti son günlərdə güclü volatillik nümayiş etdirir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}