18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Daha 18 nəqliyyat vasitəsi özəlləşdirilib
Tarix: 07-04-2022 17:20 | Bölmə: İqtisadiyyat
Daha 18 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin övlət əmlakının özəlləşdirilməsi ilə bağlı aprelin 5-də və bu gün keçirdiyi hərraclarda 18 nəqliyyat vasitəsi özəlləşdirilib.

Reyting.az 
nazirliyə istinadla xəbər verir ki, əmlaklara ümumilikdə 66 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib.

Budəfəki hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya istehsalı avtomobillər olub. Həmin avtomobillərə edilən təkliflərin çoxluğu isə prosesi rəqabətli edib. İlkin start qiyməti 2 000 manat olan “VAZ 2106” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 3 840 manata özəlləşdirilib. Buraxılış tarixi 2008-ci il olan “ VAZ-21041” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 4 500 manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 5 650 manata yüksəlib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/36XEube )




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər