18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Baş nazir: "Rusiyanın Ukraynadakı bütün əmlakını milliləşdirəcəyik"
Tarix: 08-04-2022 12:25 | Bölmə: İqtisadiyyat
Baş nazir: "Rusiyanın Ukraynadakı bütün əmlakını milliləşdirəcəyik"

“Hökumət Rusiyanın Ukraynadakı əmlakının milliləşdirilməsi prosesinə başlamaq üçün sənədlər üzərində işləyir”.

UNIAN xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal aprelin 8-də ümummili telemarafonda bildirib.

“Ukraynada Rusiyanın bir sıra biznesi var. Qanunda onların milliləşdirilməsi ilə bağlı mexanizm var. İndi qanuna uyğun olaraq, sənədlər hazırlanır. Bu prosesi artıq başlamışıq. Rusiyanın vurduğu ziyanın bir hissəsini kompensasiya etmək üçün onun Ukraynadakı bütün əmlakını milliləşdirəcəyik”, - o vurğulayıb/Report.

Qeyd edək ki, Ukrayna parlamenti martın 3-də milliləşdirmə ilə bağlı qanun qəbul edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər