18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Su üzrə tariflər qalxacaq - Açıqlama
Tarix: 09-04-2022 17:23 | Bölmə: İqtisadiyyat
Su üzrə tariflər qalxacaq - Açıqlama

Azərbaycanda sudan düzgün istifadədə dəqiq uçotunun aparılması təmin edilməlidir.

Bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev deyib.

O, martın 28-də Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları”na münasibət bildirərkən deyib.

Z.Quliyev qeyd edib ki, dünyada qlobal iqlim dəyişikliyi fonunda ümumiyyətlə su resursları günbəgün azalır və sudan səmərəli istifadə etmək üçün düzgün uçotu təmin edilməlidir: “Düzgün uçotun təmin edilməsi üçün su təsərrüfatı ilə məşğul olan qurumlarla Fövqəladə Hallar Nazirliyi, Su Ehtiyatları Agentliyi, eyni zamanda, “Azərsu”, Meliorasiya və Su Təsərrüfatı” ASC kimi qurumlar arasında suyun düzgün uçotunun aparılması müəyyənləşməlidir. Eyni zamanda, sudan istifadə edən hər bir vətəndaşın, hər bir su istifadəçisinin əlavə mənbələrdən götürdüyü suya görə suyun tarifi müəyyənləşməlidir. Əsas istiqamət suyun dəqiq uçotun aparılması məsələsidir”.

O deyib ki, 1997-ci ildən etibarən suvarma suyuna tariflər müəyyənləşdirilib: “Suvarma suyu ödənişli əsaslarla istifadə edilir, amma 2006-cı ildə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq hazırlanmış qaydalarda göstərilib ki, suvarma suyuna verilən su, örüş sahələrinə verilən suyun tarifi müəyyənləşsin. Tarif Şurasının 2006-ci ildə verdiyi qərara əsasən, suvarma suyuna hər min kubmetr üçün 50 qəpik, qış otlaq sahələrinə və örüşlərə verilən suyun 1 hektarı üzrə 40 qəpik təsdiq edilib.

Sənaye, digər məqsədlər üçün istifadə edilən sular üçün tariflər müəyyənləşmyib. Yeni qayda bunun davamıdır ki, nəticədə Tarif Şurası bu tarifləri də təsdiq etməlidir”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər