Avropa İttifaqı Rusiyaya qarşı neft embarqosuna hazırlaşır
Tarix: 11-04-2022 13:34 | Bölmə: İqtisadiyyat
Avropa İttifaqı Rusiyaya qarşı neft embarqosuna hazırlaşır

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin bu gün Lüksemburqda keçiriləcək görüşündə Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı neft embarqosu müzakirə ediləcək.

TASS xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

“Hərbi vəziyyəti, müstəqil Ukraynanın bundan sonra da mövcud olması üçün Ukrayna ordusuna və hökumətinə necə kömək edə biləcəyimizi təhlil edəcəyik. Şübhəsiz ki, Rusiyaya qarşı mümkün neft embarqosunun tətbiqini də nəzərdən keçirəcəyik”, - nazir deyib.

İspaniyanın XİN başçısı açıqlamasında əsas diqqəti enerji strukturu ənənəvi olaraq Rusiya ilə bağlı olan ayrı-ayrı ölkələrdə sabitliyin pozulmamasının zəruriliyinə yönəldib/Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}