Türkiyədən Azərbaycana 170 ədəd avtobus göndərilib
Tarix: 11-04-2022 14:09 | Bölmə: İqtisadiyyat
Türkiyədən Azərbaycana 170 ədəd avtobus göndərilib

Türkiyənin BMC şirkəti indiyədək Azərbaycana 735 vahid müxtəlif ölçülü avtobus tədarük edib.

"Anadolu"nun verdiyi məlumata görə, ötən dövr ərzində şirkətdən Bakıya təbii sıxılmış qaz (CNG) ilə hərəkətə gələn 510 ədəd 12 metrlik və 20 ədəd 18 metrlik "Procity" modeli, 35 ədəd 9 metrlik "Neocity" modeli göndərilib.

Son məlumata görə, "Neocity" modelindən olan avtobuslardan daha 170 ədəd ölkəyə idxal olunub.

Nəticədə, Bakının avtobus parkında BMC istehsalı olan avtobusların sayı 735-ə çatıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}