18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Nazirlər Kabineti gömrük rüsumlarında dəyişiklik edib - Qərar
Tarix: 12-04-2022 18:33 | Bölmə: İqtisadiyyat
Nazirlər Kabineti gömrük rüsumlarında dəyişiklik edib

Azərbaycana idxal olunan elektron siqaretlər və analoji fərdi elektrik buxarlandırıcı qurğular üçün gömrük rüsumu müəyyənləşib.

Reyting.az
-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, elektron siqaretlər və analoji fərdi elektrik buxarlandırıcı qurğuların hər ədədi üçün 5 faiz idxal gömrük rüsumu müəyyənləşib.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Qeyd edək ki, Nazirlər Kabineti 14 mart tarixli qərarı ilə aprelin 14-də birdəfəlik istifadə üçün elektron siqaretin hər ədədinə 15 faiz gömrük rüsumu tətbiq ediləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər