18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İxrac və idxal olunan mallar üzrə yeni gömrük rüsumları müəyyən olunub
Tarix: 12-04-2022 22:46 | Bölmə: İqtisadiyyat
İxrac və idxal olunan mallar üzrə yeni gömrük rüsumları müəyyən olunub

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” Qanuna uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodlar Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantına uyğunlaşdırılıb.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər