18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Bu il neftə qlobal tələbat azalacaq - Proqnoz
Tarix: 13-04-2022 09:39 | Bölmə: İqtisadiyyat
Bu il neftə qlobal tələbat azalacaq

Ukraynadakı vəziyyət və koronavirus pandemiyasının təsirlərinin davam etməsi bu il neftə qlobal tələbatı azaldacaq.

Reyting.az
xəbər verir ki, bu barədə proqnozu OPEC dünya bazarlarındakı vəziyyətə dair hesabatında açıqlayıb. Kartelin proqnozuna görə, 2022-ci ildə dünya üzrə neftə gündəlik tələbat 400 min barrel azalaraq 100,5 milyon barrel olacaq.

Geosiyasi gedişatla yanaşı, koronavirusun “Omikron” ştammının Çində yayılması bu ölkədə, eləcə də dünyanın bir sıra ölkələrində neftə tələbatı aşağı salacaq. OPEC eyni zamanda, Rusiyada xam neft istehsalına dair proqnozunu gündəlik yarım milyon azaldaraq il ərzində orta hesabla 11,2 milyon barrel olacağını qeyd edib.(Trend)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər