18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanlı milyarderlərə sanksiya tətbiq olunub - Siyahı
Tarix: 13-04-2022 15:03 | Bölmə: İqtisadiyyat
Azərbaycanlı milyarderlərə sanksiya tətbiq olunub

Böyük Britaniya Ukraynada davam edən müharibə ilə bağlı 206 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

Reyting.az “RİA Novosti”yə istinadla xəbər verir ki, sanksiya ilə bağlı sənədə daha 206 yeni maddə əlavə edilib.

Bildirilib ki, siyahıya Rusiyanın milyarderləri - “Lukoyl” şirkətinin sahibi, əslən azərbaycanlı milyarder Vahid Ələkbərovla yanaşı,  Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı Mariya, sahibkar Gennadi Timçenkonun həyat yoldaşı Yelena, milyarder Əlşir Usmanovun bacıları Saodat Narziyeva və Gülbahar İsmailova, “Surqutnefqaz”ın sahibi Vladimir Boqdanov, “Ozon”un keçmiş baş direktoru Aleksandr Şulgin, Rusiya Prezidenti Vladimir Putinin müşaviri Andrey Fursenko, “ESN” şirkətlər qrupunun sahibi Qriqori Berezkin, “Transmaşholdinq” Səhmdar Cəmiyyəti direktorlar şurasının sədri Andrey Borkarev, “Qazprombank”ın vitse-prezidenti Sergey Fursenko, sahibkarlar Səid Kərimov, Fərhad Əhmədov və İor Kesayev də var.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər