“Rabitəbank”dan müştəri şikayətləri artır - Foto
Tarix: 14-04-2022 12:47 | Bölmə: İqtisadiyyat
“Rabitəbank”dan müştəri şikayətləri artır

“Rabitəbank”dan müştəri şikayətlərinin sayı artır. Növbəti şikayətlərdən birini də sosial şəbəkədəki “Müştəriyəm Şikayətim Var” qrupunda Piruzə Quliyeva adlı bir istifadəçi edib.

Piruzə xanımın yazdığına görə, o, Bakıda olduğu müddətcə “Rabitəbank”ın kartından istifadə edib və göstərilən xidmətdən də həmişə razı qalıb. Müştəri Türkiyəyə gedənə qədər də bu məmnunluq davam edib.

Reyting.az-ın məlumatına görə, hazırda Türkiyədə yaşayan Piruzə xanım yazır ki, bir neçə ay öncə kartında qeydiyyatda olan nömrəsini dəyişmək istəyib. O, bununla bağlı “Rabitəbank”a müraciət ünvanlayaraq, kartında Türkiyə nömrəsi deyil, Azərbaycan nömrəsini qeydiyyatdan keçirmək istəyini bildirib. Operatorlarla uzun müddət davam edən yazışmalardan sonra buna nail ola bilməyən Piruzə xanım tanışları vasitəsi ilə probleminin həllinə çalışıb. Uzun çək-çevirdən sonra 3D security mesajları müştərinin yeni nömrəsinə gəlib. Lakin bu, az bir müddət davam edib.

Bankın Apple Pay tətbiqi yeniləndikdən sonra mesajlar yenidən köhnə nömrəyə göndərilib və həmin mesajlar müştəri üçün əlçatmaz olub. Bankdan isə müştəriyə deyirlər ki, nömrəni yenidən dəyişmək üçün Bakıda “Rabitəbank”ın şöbələrindən birinə yaxınlaşmalıdır.

Müştəri isə haqlı olaraq sual edir: “Kart məndə, kartın sahibi mənəm, nömrə dəyişmək üçün niyə banka gəlməliyəm? Özü də Türkiyədən uçaraq?”.



Qeyd edək ki, “Rabitəbank” Azərbaycanda müştəri məmnuniyyətini hər zaman əsas iş prinsipinə çevirən banklardan biri kimi tanınıb. İnanırıq ki, bankın mütəxəssisləri bu problemə aydınlıq gətirəcək və problemin həlli üçün müştərilərinə texniki imkanlar yaradacaq.(PİA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər