Azərbaycanda kredit zəmanət mexanizmi genişləndiriləcək
Tarix: 14-04-2022 17:46 | Bölmə: İqtisadiyyat
Azərbaycanda kredit zəmanət mexanizmi genişləndiriləcək

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət mexanizmi çərçivəsində təminatların verilməsi qaydalarına müəyyən əlavə və dəyişikliklər layihəsi hazırlanıb.

Bu barədə İKZF-nın Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov deyib.

O bildirib ki, hazırda, həmin layihə aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub: "Həmin layihə çərçivəsində,biz, zəmanətin kreditin nisbətini 5 faiz bəndi artıraraq 85 %-dən 90 %-ə qaldırmağı planlaşdırırıq. Müzakirələr zamanı müvəkkil banklarla bərabər belə bir təşəbbüs irəli sürdük ki, bank olmayan kredit təşkilatları da müvəkkil kredit təşkilatları sırasına daxil edək. Yəni sahibkarlar banklarla yanaşı BOKT-lara da müraciət edə bilsin".

Dəyişikliklər layişhəsinə əsasən, iki yeni məhsul ortaya çıxardaq. Birincisi portfel təıminatı mexanizmidir, digəri isə qiymətli kağızlar buraxmaq istəyən sahibkarlara FOND tərəfindən təminatların verilməsi qaydaları üzərində işləyirik.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər