Deputat: "Pensiyaya çıxmaq üçün şərtlər yumşaldılır"
Tarix: 16-04-2022 23:15 | Bölmə: İqtisadiyyat
Deputat: "Pensiyaya çıxmaq üçün şərtlər yumşaldılır"

Azərbaycanda pensiya yaşı ilə bağlı unifikasiya aparılacaq, yəni kişilərin və qadınların güzəştli şərtlərlə bəzi hallarda pensiya yaşı bərabərləşdirilir.

Reyting.az
xəbər verir ki, bunu "Report"-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik təklif olunur: "Dəyişikliyə əsasən pensiyaya çıxmaq üçün şərtlər yumşaldılır".

Deputat bildirib ki, pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək.

Belə ki, mövcud qanunvericiliyə görə, əlilliyə görə pensiya alanın yaşa görə pensiya almaq və yaxud yaşa görə pensiya alanın əlilliyə görə pensiya almaq hüququ yoxdur. Yəni pensiya növünün dəyişdirilməsi hazırda qanunda nəzərdə tutulmur, amma yeni tətbiq ediləcək qanunda bu qadağa aradan qaldırılacaq və vətəndaşın seçim imkanı yaranacaq ki, ya əlilliyə, ya da yaşa görə pensiya alsın.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər