“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişiklik olunacaq
Tarix: 18-04-2022 15:04 | Bölmə: İqtisadiyyat
“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişiklik olunacaq

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu layihəsinin 2-ci oxunuş müzakirəsi məqsədilə işçi qaydada görüş keçirilib.

Reyting.az
xəbər evrir ki, Komitə sədri Tahir Mirkişili bugünkü görüşdə “İnvestisiya fəaliyyəti haqqında” Qanun layihəsinə dair növbəti fikir mübadiləsinin aparılacağını bildirib. O, yeni qanun layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edildiyini, deputatlar tərəfindən bəzi təkliflərin olduğunu və bu istiqamətdə işlərin aparıldığını qeyd etdi.

İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov qanun layihəsi üçün deputatlar tərəfindən irəli sürülən təkliflərin diqqətlə təhlil olunduğunu qeyd edib.

Sonra müzakirə olunan mövzu üzrə komitə sədrinin müavini Əli Məsimli, deputatlar Aydın Hüseynov və Vüqar Bayramov, AZPROMO rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev çıxış ediblər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə ediləcək dəyişikliklərin yeni qanun layihəsini investorlar üçün daha səmərəli iqtisadi mühit yaratması imkanlarının artıracağı əminliyi ifadə olunmuş və bir çox təkliflərin layihədə öz əksini tapması qərara gəlinib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər