SOCAR Gürcüstana təbii qaz satışını kəskin artırıb
Tarix: 19-04-2022 15:49 | Bölmə: İqtisadiyyat
SOCAR Gürcüstana təbii qaz satışını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında SOCAR Gürcüstan bazarına isə 770 mln. kubmetr təbii qaz ixrac olunub, bu da illik müqayisədə 50,6% artım deməkdir.

SOCAR-dan verilən məlumata görə, hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,1 mln. tona yaxın xam neft ixrac edib.

“Ümumilikdə isə ölkə üzrə 6,7 mln. tona yaxın neft, 5,9 mlrd. kub metr qaz ixrac edilmişdir. Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 14,7% artım qeydə alınıb”, - məlumatda deyilir.

Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də ixrac edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər