18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dövlət Xidmətində hərrac: daha bir yarımçıq tikili, 14 nəqliyyat vasitəsi özəlləşdirilib
Tarix: 19-04-2022 17:41 | Bölmə: İqtisadiyyat
Dövlət Xidmətində hərrac: daha bir yarımçıq tikili, 14 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi növbəti hərracda 1 yarımçıq tikili, 14 nəqliyyat vasitəsi özəlləşdirilib.

Reyting.az
xəbər verir ki, dövlət əmlaklarına ümumilikdə 40 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub və hərrac rəqabətli keçib. Belə ki, ilkin satış qiyməti 8 500 “HOWO” markalı yük avtomobilinə edilən ən son təklif 12.000 manat olub. Bundan başqa, BMW markalı nəqliyyat vasitəsinin start qiyməti 2 500 manat olsa da, nəqliyyat vasitəsi 3 650 manata özəlləşdirilib.

Özəlləşdirilən yarımçıq tikili isə İsmayıllı rayonunda yerləşir.

Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 251 200 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3Omt9Tp )




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər