18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Əli Məsimli: "Hesablama Palatasının builki hesabatı zəifdir"
Tarix: 20-04-2022 12:33 | Bölmə: İqtisadiyyat
Əli Məsimli: "Hesablama Palatasının builki hesabatı zəifdir"

"Son iki ildə Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatlarla müqayisədə builki hesabatda hadisə və proseslərə daha zəif yanaşılıb".

Bunu millət vəkili Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsində bildirib.

"Nə qədər ki, SSRİ dövründə və müstəqilliyimizin ilk illərində olduğu kimi, dövlət büdcəsinin investisiya xərclərində təmir-təmir üstünlük təşkil edəcək, yeyintilər davam edəcək. Bunun müəyyən hissəsi açılacaq, müəyyən hissəsi isə bağlı qalacaq", - o qeyd edib.

Millət vəkili təklif edib ki, büdcənin investisiya xərclərində yanaşma innovasiyalar və rəqəmsallaşma hesabına daha diqqətlo olsun.

"Pandemiya zamanı məlum oldu ki, işsizlərin rəsmi sayı ilə real sayı arasında böyük fərq var. Bu fakt hesabatda da qeyd edilib. İşsizliklə bağlı statistika çox ciddi məsələdir. Gəlin Milli Məclislə birgə bu məsələnin axırına çıxaq. Saxta işsizlik statistikasın həllini tapaq", - o deyib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər