Vahid Əhmədov: "Problemləri görürük, pozuntular bu gün də davam edir"
Tarix: 20-04-2022 12:41 | Bölmə: İqtisadiyyat
Vahid Əhmədov: "Problemləri görürük, pozuntular bu gün də davam edir"

“Mən hələ tam dəqiq deyə bilmərəm ki, Hesablama Palatası tam müstəqil fəaliyyət göstərir. Ancaq müəyyən məsələlərdə şəffaflıq var”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsi zamanı deyib.

Deputat deyib ki, palata nəzarət orqanı kimi 44 audit yoxlaması aparıb və eyni məsələləri mənfi hal kimi göstərir: "Siz desəniz də, deməsiniz də biz burada problemləri görürük. Pozuntular bu gün də davam edir. Özü də daha pis formada. Biz may ayında dövlət büdcəsinin icrasına baxacağıq. Hesab edirəm ki, Palata dövlət büdcəsinin icrası ilə bağlı məsələlərə ildə üç-dörd dəfə baxmalıdır. Bununla bağlı biz “Hesablama Palatası haqqında” qanuna dəyişiklik də edə bilərik. May ayında isə Milli Məclis büdcənin icrasına baxanda Hesablama Palatası pozuntularla bağlı heç nə edə bilməyəcək. Çünki bu vəsaitlər artıq xərclənib”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər