Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır
Tarix: 20-04-2022 16:55 | Bölmə: İqtisadiyyat
Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

Avropa İttifaqının (Aİ) bir neçə ölkəsi Rusiyadan nüvə yanacağı idxalını dayandırmağı, Rusiya xəbər telekanallarına qadağa qoymağı, rusiyalılara vizaların verilməsini dayandırmağı və “Kremllə əlaqəli” olduğu güman edilən şəxslərə və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq etməyi təklif edir.

Bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Avropa Komissiyası hazırda Rusiya neftindən imtinanın dəyərini azaltmaq, Almaniya və bir sıra digər “müqavimət göstərən” ölkələri bu addımı atmağa inandırmaq üçün alternativ enerji mənbələrinin əlçatanlığını artırmağa çalışır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər