18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiya Baş nazirinin müavini: "Şimal-Cənub" nəqliyyat dəhlizi əsas xəttə çevriləcək"
Tarix: 21-04-2022 23:27 | Bölmə: İqtisadiyyat
Rusiya Baş nazirinin müavini: "Şimal-Cənub" nəqliyyat dəhlizi əsas xəttə çevriləcək"

"Şimal-Cənub" nəqliyyat dəhlizi Rusiyanın ticarət dövriyyəsinin inkişafını və məhsul tədarükünün logistikasını təmin edəcək.

Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Dağıstanın sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən müşavirədə deyib.

"Şimal-Cənub" nəqliyyat dəhlizi bu gün öz aktuallığını qazanır. Biz başa düşürük ki, sərhədlərin bağlanması və ticarət dövriyyəsini əvvəllər Qərb ölkələri ilə olan həcmdə təmin edə bilməmək bu dəhlizin əhəmiyyətini artırır”, - Novak bildirib.

Baş nazirin müavini vurğulayıb ki, bu marşrut Rusiyanın nəqliyyat kommunikasiyasının əsasına çevriləcək/Report.

Qeyd edək ki, dəhliz Avropa və Cənub-şərqi Asiya arasında sürətli və daha sərfəli ticarət əlaqəsi yaratmaq məqsədi daşıyır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər