18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanda problemli kreditlərin həcmi azalıb
Tarix: 22-04-2022 11:07 | Bölmə: İqtisadiyyat
Azərbaycanda problemli kreditlərin həcmi azalıb

Bu ilin aprelin 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 685,2 mln. manat təşkil edib. Bu isə mart ayı ərzində problemli kreditlərin 0,7 faiz azalması deməkdir.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Azərbaycanda ilin əvvəlinə nisbətən problemli kreditlər 4,8 faiz, son 1 ildə isə 25,4 faiz azalıb.

Sözügedən kreditlərin ümumi portfeldəki payı 3,8 faiz təşkil edib. Qeyd olunan göstərici, ötən ilin müvafiq dövrünə nəzərən 6,2 faiz bəndi azalıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər