Şuşanın Daşaltı kəndində turizm mərkəzi tikiləcək
Tarix: 23-04-2022 12:33 | Bölmə: İqtisadiyyat
Şuşanın Daşaltı kəndində turizm mərkəzi tikiləcək

Şuşa rayonunun Daşaltı kəndində turizm mərkəzi tikiləcək.

Reyting.az
xəbər verir ki, bunu Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

Onun sözlərinə görə, Şuşanın girişində, Daşaltıda olan turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək. Bu komplekslərin Şuşanın turizm potensialını daha da artıracağını deyən A. Kərimov diaspor nümayəndələrini beynəlxalq simpozium və tədbirlərin Şuşada keçirilməsində fəal olmağa səsləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}