16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
200 manatlıq əskinaslar artıq döriyyədədir
Tarix: 15-08-2018 12:16 | Bölmə: İqtisadiyyat
200 manatlıq əskinaslar artıq döriyyədədir

Bu il Mərkəzi Bankda müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə 200 manatlıq pul nişanı dövriyyəyə buraxılıb.

Reyting.az
-ın məlumatına görə, Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev Modern.az-ın sorğusuna cavab olaraq 200 manatlıq əskinaslar haqda açıqlama verib.

O deyib ki, ölkə iqtisadiyyatının dinamik inkişafı dövründə baş verən dəyişiklikləri, dövriyyədə olan nağd pulun strukturunun optimallaşdırılmasını nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsi məqsədilə 24 may 2018-ci il tarixdən etibarən tədavülə yeni 200 manatlıq pul nişanı buraxılıb.

“Qeyd etmək istərdik ki, Mərkəzi Bank tərəfindən iqtisadiyyatın nağd pula, o cümlədən 200 manatlıq pul nişanlarına olan tələbatının vaxtında, tam həcmdə və adekvat strukturda ödənilməsi təmin edilir”, - deyə o bildirib.




Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}