Arvadına mesaj yazan kişini güllələdi
Tarix: 04-12-2018 10:38 | Bölmə: Xəbərlər
Arvadına mesaj yazan kişini güllələdi

Dekabrın 2-də 30 yaşlı Zaman Əhmədov xəsarətlə xəstəxanaya daxil olub.

Reyting.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Zaman Əhmədova xəsarəti Qusar rayon sakini Əşrəf Qədirov yetirib.

Bildirildiyinə görə, Zaman Əhmədov Əşrəf Qədorovun həyat yoldaşının mobil nömrəsinə mesajlar yazıb. Bundan xəbər tutan Əşrəf Qədirov arvadının adından Zaman Əhmədova mesaj yazaraq onu Qusar rayonu, Yeni Yaşayış Massivi adlanan ərazisinə görüşə dəvət edib.

Zaman Əhmədov hadisə yerinə gəlib maşından düşən kimi Əşrəf Qədirov özü ilə gətirdiyi "TOZ" markalı tüfəngin qundağı ilə birincinin başından zərbə vurub. Zaman Əhmədov aldığa zərbənin təsirindən yerə yıxılıb. Əşrəf Qədirov onu döyməyə başlayıb. Zərərçəkən qaçmaq istəyərkən Əşrəf Qədirov arxadan ona atəş açıb. Lakin Zaman Əhmədov güllə xəsarətini hiss etmədən avtomobilinə əyləşərək ərazidən uzaqlaşıb. O, sonradan sağrı nahiyəsində ağrılar hiss edib, qan açıldığını görüb və xəstəxanaya müraciət edib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Əşrəf Qədirov saxlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}