FHN Hirkan Milli Parkındakı yanğınla bağlı məlumat yaydı
Tarix: 20-08-2019 15:16 | Bölmə: Xəbər lenti
FHN Hirkan Milli Parkındakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Reyting.az-a verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb edilib.

İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot, kol-kos və seyrək ağclıq yanır.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
15-09-2019, 16:25 Sabiq deputat vəfat etdi

{sape_links}{sape_article}