İsrailə silah daşıyan gəminin qarşısı kəsiləcək
Tarix: 09-07-2025 18:30 | Bölmə: Dünya
İsrailə silah daşıyan gəminin qarşısı kəsiləcək

Yunanıstanın Pirey limanının əməkdaşları limandan İsrailə yola düşməsi planlaşdırılan hərbi ləvazimatlarla dolu gəmini dayandırmaq üçün hərəkətə keçməyə qərar veriblər. Onlar 14 iyul bazar ertəsi səhər saatlarında gəminin qarşısını kəsməyə cəhd edəcəklər.

Reyting.az
-ın məlumatına görə, liman işçiləri həmkarlar ittifaqı ENEDEP-dən verilən açıqlamada qeyd olunur ki, hərbi təchizat daşıyan “Ever Golden” adlı gəmi bazar ertəsi səhər Pirey limanından yola düşür.

Açıqlamada “Gəmidəki materiallar xəstəxanalara, məktəblərə, uşaqlara, körpələrə və qadınlara hücumun davam etdirilməsi üçün istifadə olunacaq. Əllərimizi qana bulamamalıyıq”,- deyilir.

Bəyanatda işçilərin fəal şəkildə gəminin hərəkətinə mane olmağı hədəflədikləri vurğulanıb və Pirey xalqı, tələbələr, həmkarlar ittifaqları və digər qruplar aksiyaya dəstək verməyə dəvət edilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb