Kreml Trampın Moskvanı bombalamaq hədəsinə münasibət bildirib
Tarix: 09-07-2025 18:23 | Bölmə: Dünya
Kreml Trampın Moskvanı bombalamaq hədəsinə münasibət bildirib

ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə Ukraynanı işğal edəcəyi təqdirdə Moskvanı bombalayacağını söyləməsi ilə bağlı iddianın doğruluğu təsdiqlənməyib.

Reyting.az
xəbər verir ki, bu barədə “Newsweek” nəşri Kremlin mətbuat katibi Dmitri Peskova istinadla məlumat yayıb.

Qeyd edək ki, Trampın 2024-cü ildə qapalı iclasdakı çıxışının audioyazısı CNN tərəfindən yayımlanıb.

“O zaman faktiki telefon danışıqları olmayıb. Anladığım qədər, söhbət Trampın hələ ABŞ prezidenti olmadığı dövrdən gedir”,- deyə Peskov əlavə edib.

CNN səs yazısının ötən ilə aid olduğunu vurğulasa da, Putinlə Tramp arasında söhbətin tam olaraq nə vaxt baş verdiyi hələlik məlum deyil.

Xüsusilə, noyabr ayında Kreml “Vaşinqton Post” qəzetində Putinin ABŞ seçkilərindən sonra Trampla telefonla danışması barədə məlumatın həqiqətə uyğun olmadığını, lakin bir çox analitiklərin buna inanmadığını bəyan etmişdi.

CNN-nin yaydığı səs yazısında Trampın seçki kampaniyası zamanı Putini Moskvanı bombalamaqla hədələdiyi, həmçinin Çin prezidenti Si Cinpinə bu barədə xəbərdarlıq etdiyini deməklə lovğalandığı bildirlir.

“Əgər siz Ukraynanı işğal etsəniz, mən Moskvanı vuracam”,- Tramp yayılan səs yazısında deyir.

Eyni zamanda Peskov əlavə edib:

“Saxta olub-olmadığını biz də bilmirik. İndi saxta məlumatlar daha çoxdur”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb