Hindistanda körpü çöküb, maşınlar suya düşüb
Tarix: 09-07-2025 16:41 | Bölmə: Dünya
Hindistanda körpü çöküb, maşınlar suya düşüb

Hindistanda körpü çöküb, nəticədə avtomobillər çaya düşüb, insan itkisi qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu gün səhər saatlarında Qucaratın Vadodara və Anand rayonlarını birləşdirən Qambhira körpüsü çöküb.

Hindistanın NDTV telekanalının məlumatına görə, körpünün bir hissəsi dağılıb, yoldan keçən maşınlar çaya düşüb.

Şahidlərdən biri hadisəni belə izah edib: “Maşın arxaya düşdü. Bunu görən kimi biz balıqçılar qayıqlarımızı maşınlara tərəf çevirdik və insanları xilas etməyə çalışdıq”.

Onun sözlərinə görə, iki yük maşını, bir minik avtomobili, bir mikroavtobus və bir neçə motosiklet çaya düşüb. Doqquz nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.

Hazırda ərazidə polis və təbii fəlakətə müdaxilə qrupları xilasetmə işləri aparır. İndiyədək ölən 9 nəfərdən 6 nəfərin şəxsiyyəti müəyyən edilib.

Bildirilir ki, Qambhira körpüsünün çökməsi hökumətin səhlənkarlığının daha bir ölümcül nümunəsidir. NDTV-nin məlumatına görə, 1985-ci ildə açılan bu körpü uzun müddət ki, böyük bir fəlakətin xəbərçisi olub.

Baş nazir Narendra Modi deyib ki, Qucaratda baş verən faciəvi hadisədə insan itkisi “dərin kədərləndirici”dir.

“Yaxınlarını itirənlərə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram. Ölənlərin hər birinin yaxınlarına Baş Nazirin Milli Yardım Fondundan 200 min rupi yardım ediləcək. Yaralılara 50 min rupi yardım veriləcək”,- baş nazir “X” hesabında yazıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb