14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
Məhkəmə müxalifətçi barəsində qərar verib - Foto
Tarix: 15-09-2019 14:27 | Bölmə: Xəbərlər
Məhkəmə müxalifətçi barəsində qərar verib

Müsavat Partiyasının fəalı İlqar Mahmud sentyabrın 14-də Binəqədi Rayon Məhkməsinin qərarı ilə 300 manat cərimələnib.

Bu barədə azadlığa buraxılan İlqar Mahmudun özü danışıb.

İ. Mahmud deyib ki, sentyabrın 14-də Binəqədi Rayon Məhkməsinə çıxarılıb və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) təqsirli bilinərək 300 (üç yüz manat) cərimə olunub.

Heç vaxt narkotik maddədən istifadə etmədiyini deyən Müsavatçı fəal həbsinin qurama olduğunu və buna görə də məhkəmə qərarından şikayət verəcəyini söyləyib.

"Qərarı hələ verməyiblər, qərar verilədən sonra mən də öz şikayətimi edəcəyəm", - partiya fəalı vurğulayıb.

Məhkəmə müxalifətçi barəsində qərar verib
İ. Mahmud

O, saxlanmasının və cərimə olunmasının səbəbini bilmir. İlqar Mahmud əlavə edir ki, sentyabrın 13-də Bakı-Sumqayıt yolundakı Ekologiya postunun yaxınlığında 3 nəfər mülki geyimli şəxs onu saxlayaraq 6 saylı Polis Bölməsinə gətirib:

"Polis bölməsinə girəndə gördüm ki, burada hal şahidi, video və sairə hamısı hazırdır", - İ. Mahmud bildirib.

Onun sözlərinə görə, daha sonra narkoloji testdən keçirilmək üçün Maştağa qəsəbəsinə aparılıb:

"Mən orada həkimə dedim ki, əgər saxta sənəd versən səninlə Avropa İnsan Hüquqları Məhkəməsində görüşəcəyik, amma yenə də öz bildiklərini etdilər", - deyə İ. Mahmud qeyd edib.

Musavatçı fəalın bu dediklərinə, hələlik, Daxili İşlər Nazirliyi və Respublika Narkoloji Mərkəzdən münasibət almaq mümkün olmayıb.

Xatırladaq ki, Müsavat Partiyasının fəalı İ. Mahmudun sentyabrın 13-də saxlanılaraq naməlum istiqamətə aparılmışdı. Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Turan”a bildirimşdir ki, polisə müraciətlər nəticə verməyib. “İndi vəkil tuturuq ki, axtarışı davam etdirək və partiya üzvünün hüquqlarını müdafiə edə bilək", - G. Aslanlı qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-06-2025, 09:33 Qaxda zəlzələ olub