19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Patriarx Kiril insan hüquqlarını “qlobal küfr” adlandırıb!
Tarix: 15-09-2019 21:09 | Bölmə: Xəbərlər
Patriarx Kiril insan hüquqlarını “qlobal küfr” adlandırıb!

Xilaskar Məsih kilsəsindəki bazar günü ibadəti zamanı Moskva və bütün Rusiyanın patriarxı Kiril (Qundyayev) pravoslavlığı “insana sitayiş qlobal küfründən” qorumağa çağırıb.

Onun sözlərinə görə, hazırda həqiqət meyarı insan və onun hüquqları sayılır, bu isə Tanrını cəmiyyət həyatından qovur.

“Bu gün bu, Tanrını insan həyatından qovan yeni bürpərəstlikdir. Əvvəllər dünyada belə bir şey olmayıb. İndisə bu qlobal küfr apokalipsisə səbəb olacaq hadisələrə gətirib çıxara bilər“, – o bildirib.

Patriarx qeyd edib ki, artıq dünyanın bir çox ölkələrində “istənilən, o cümlədən günahkar insanların Tanrı sözünə zidd olan seçim hüququnu” təsdiq edən qanunlar qəbul olunmağa başlayıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib
27-06-2025, 09:33 Qaxda zəlzələ olub