23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Sabah Bakıya yağış, rayonlara qar yağacaq - Proqnoz
Tarix: 21-09-2019 13:49 | Bölmə: Xəbərlər
Sabah Bakıya yağış, rayonlara qar yağacaq - Proqnoz

Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Reyting.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu gecə 13-16° isti, gündüz 18-21° isti, Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-11° isti təşkil edəcək.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}