Sabiq baş nazir: “Yeni seçkilər keçirilməlidir”
Tarix: 08-10-2019 12:20 | Bölmə: Xəbərlər
 Sabiq baş nazir: “Yeni seçkilər keçirilməlidir”

“Hökumət ölkəni idarə etmək səlahiyyətini itirib. Ölkə rəhbərlərini növbədənkənar seçki tarixini təyin etməyə çağırıram”.

Reyting.az
“Twitter”-ə istinadla xəbər verir ki, bu cümlələr İraqın sabiq baş naziri Heydər İbadiyə məxsusdur.

İbadi öz səhifəsində İraqın mərkəzi və cənub bölgələrində qanlı etiraz aksiyalarına toxunaraq nümayişçilərin yeni azad və ədalətli seçkinin təmin edilməsi tələbinin haqlı olduğunu dilə gətirib. “Bu, millətin tələb etdiyi islahat çağırışlarına cavab verməkdədir”.

Xatırladaq ki, Əmmar əl-Həkim və Müqtəda Sədrin rəhbərlik etdiyi koalisiyalar da baş nazir Adil Əbdülmehdi hökumətini istefa verməyə və yeni seçki keçirməyə çağırıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}