16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Ədliyyə Nazirliyi vətəndaşlar üçün yeni xidmət yaradır
Tarix: 07-11-2019 16:43 | Bölmə: Xəbərlər
Ədliyyə Nazirliyi vətəndaşlar üçün yeni xidmət yaradır

Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi Nazirliyin yeni xidmətlərinin yaradılması işlərinə başlayıb.

Reyting.az
-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin qrup rəhbəri Tural Məmmədov bildirib.

T. Məmmədov bu gün IV Beynəlxalq Bankçılıq Forumunda “Elektron icra informasiya sisteminin tətbiqinin gətirdiyi imkanlar” mövzusunda çıxışı zamanı deyib ki, yeni xidmət fiziki və hüquqi şəxslərə tərəf olduqları məhkəmə qərarları barədə məlumatların verilməsi üçündür: “Bu proses ilin sonuna qədər başa çatacaq. Artıq kredit təşkilatları, hüquqi şəxslər öz evlərindən, ofislərindən kompüterlər vasitəsi ilə Ədliyyə Nazirliyinin veb səhifəsinə daxil olmaqla icra işləri barədə məlumatları dərhal əldə edə biləcəklər. Yəni icra məmurları ilə əlaqədə olmamaqla uzaqdan bu barədə məlumat əldə edəcəklər”.

T. Məmmədov diqqətə çatdırıb ki, hazırda Elektron icra informasiya sisteminin Əsasnaməsi işlənir. İlin sonuna qədər elektron icra informasiya sistemi vətəndaşlar üçün tam istifadəyə veriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}